EN

İran bu şərtlə ABŞ bazalarını vurmayacağına təminat verib - Abdullahiyan AÇIQLADI

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında iştirak etmək üçün Nyu Yorka gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan orada İsrail-İran qarşıdurması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, “Entekhab” saytı Abdullahiyanın açıqlamaları haqqında məlumat yayıb. 


Saytda gedən məlumata görə, İranın xarici işlər naziri İsrailə qarşı həyata keçirdikləri əməliyyatdan sonra ABŞ ilə təmas qurduqlarını deyib.

 

Nazir bildirib ki, İran ABŞ-yə bir şərt daxilində bölgədəki bazalarını vurmayacağı haqqında təminat verib:

 

“ABŞ-yə açıq şəkildə bildirdik ki, İsrailə hərbi dəstək verməyəcəkləri təqdirdə bazalarına və maraq dairəsində olan yerlərə zərbə endirməyəcəyik. ABŞ ilə təmas İsveçrənin vasitəçilyi ilə həyata keçirilib. Əməliyyatdan sonra bazar günü yerli vaxtla saat 02.30-da ABŞ-yə göndərdiyimiz mesajda bölgədəki gərginliyi genişləndirmək istəmədiyimizi çatdırdıq". 


Xatırladaq ki, İran-İsrail gərginliyi İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumundan sonra yaranıb. Hücum zamanı İran İnqilabı Keşikçiləri Korpusunun 2-si general olmaqla ümumilikdə 7 əməkdaşı həlak olub. İran bəyan etmişdi ki, konsulluğa hücum onun ölkə ərazisinə hücum deməkdir və onlar İsrailə cavab verəcəklər. 


İran aprelin 13-də çoxlu sayda kamikadze pilotsuz uçuş aparatı (PUA), ballistik və qanadlı raketlərlə İsrailə hücum edib. İran hücum zamanı çoxlu hədəfin vurulduğunu iddia etsə də İsrail raket və PUA-ların əksəriyyətinin hava hücumundan müdafiə sistemləri ilə məhv edildiyini açıqlayıb. 


Vasif

Chosen
46
50
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21197
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19337
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18273
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17678
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16880
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16691
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16104
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15528
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11999
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11273
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9183
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8363
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8007
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7536
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7174
Minimum əmək haqqı nə qədər arta bilər?
7094
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6368
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5772