EN

Makronun siyasəti "küskün Fransa"nın regionda maraqlarının əleyhinə işləyir -EKSPERT/ÖZƏL

Daha öncə də Fransa ilə Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinin şərh olunması mərhələsində həmişə qeyd etmişəm ki, məhz bu iki ölkə əlaqələrinin korlanmasında heç vaxt təşəbbüs Azərbaycandan gəlməyib. Həmişə Fransa təşəbbüskar olub. Üst-üstə Fransa Azərbaycanla münasibətdə daha öncə beynəlxalq təşkilatlarda rəsmi Ermənistanın dezinformasiyaları və manipulyasiyaları üzərindən hüquqi təşəbbüslər həyata keçirməyə çalışıb. Daha sonrakı mərhələlərdə Azərbaycan çox çevik şəkildə bu dezinformasiyaları ifşa etdikdən sonra isə artıq birbaşa açıq tərzdə regionda Ermənistanı silahlandırma mərhələsinə əl atıb. Sonuncu dəfə 5 aprel tarixində ABŞ, Avropa Komissiyası və Ermənistan arasında görüş olub. O görüşdən az sonra məhz Fransanın Ermənistandakı səfiri “Antidron havadan müdafiə sistemlərini biz Ermənistana pulsuz, elə-belə, heç nəsiz hədiyyə veririk”, - deyə qeyd edib. Bunun özü elə göstəricidir ki, Fransa necə fəal tərzdə regionda silahlanma yarışında Ermənistana hərbi dəstək verir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Yeganə Hacıyeva söylədi. 

Politoloq vurğuladı ki, bunun da əsas səbəbi Fransanın nüfuz təsirinin altında olan beynəlxalq təşkilatlarda - istər media, QHT, sivil cəmiyyət, insan haqları, istərdə də siyasi-təhlükəsizlik təsisatları olsun, yəni bu qədər geniş spektrdə beynəlxalq nizamın subyektlərində Azərbaycana qarşı bu prosesləri qaldırmağın bir nəticəsini görmədikdən sonra artıq birbaşa Ermənistanı silahlandırmağa, onun hərbi potensialını inkişaf etdirilməsində birbaşa iştirak etmək, NATO standartı silahları Ermənistana hədiyyə etmək və s. mərhələsinə keçib.

Fransanın ölkəmizə qarşı "küskün" obrazına gəldikdə isə onu qeyd etmək istəyirəm ki, Azərbaycandan Fransanın səfirinin məsləhətləşmək üçün geri çağırılması əslində bu dövlətin əlində bir imkandır. Azərbaycanla heç nəyin üzərindən yanmış bu qədər körpüləri bərpa etsin. Əgər bu dövlətin səfiri də obyektiv tərzdə Azərbaycanın Cənubi Qafqazdakı təhlükəsizlik arxitekturasındakı rolunun Fransa üçün daha faydalı olması əminliyi yaratmış olsa, onu qeyd edim ki, mən buna çox inanmıram o, bu addımları atsın. Amma ümumilikdə reallıq ondan ibarətdir ki, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında Azərbaycanın rolunu heç kim əvəz edə bilməz. Xüsusilə də Ermənistan bunu əvəz edə bilməz. Bu üzdən Ermənistana görə Cənubi Qafqazdakı maraqlarını bu qədər zədələməsi Fransanın uzunmüddətli hesabda özünün əleyhinə işləyir və işləyəcək.

Cavid Əkbərov, "İki sahil"

Chosen
67
1
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19690
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19044
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18118
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17409
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15997
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15923
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15722
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15185
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11675
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8781
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7450
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7346
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7294
Minimum əmək haqqı nə qədər arta bilər?
6998
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6810
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6052
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5686