EN

Elə məktəb var orada problem az, eləsin də isə çoxdur - Emin Əmrullayev

Qaydalar olmayanda, insanların davranış problemi olur.

Day.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, elə məktəb var orada problem az, eləsin də isə çoxdur.

"Bu məktəbin kontingentinin sosial-iqtisadi vəziyyətinin daima yenilənməsi ilə əlaqədardır. Şagirdlərin sosial şəbəkə aslılığı ilə bağlı ciddi tədqiqat aparılmalıdır.

"Məktəbli dostu" layihəsi nə qədər uzun olacaqsa, deməli biz həmin müddətdə məktəbi islah etməmişik ki, məktəblinin dostuna ehtiyacımız var. Arzumuz odur ki, məktəblinin dostuna ehtiyacımız olmasın. Amma proqnozlara əsasən onlara uzun müddət ehtiyac olacaq",- deyə E.Əmrullayev bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
2
day.az

5Sources