EN

“Şagirdlərin sosial şəbəkə asılılığı ilə bağlı tədqiqat aparılmalıdır” – Nazir

“Qaydalar olmayanda insanların davranış problemi olur”. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair tədbirdə çıxışı zamanı deyib. 

Nazir qeyd edib ki, elə məktəb var orada problem az, eləsi var çox olur. 

“Bu məktəbin kontingentinin sosial-iqtisadi vəziyyətinin daima yenilənməsi ilə əlaqədardır. Şagirdlərin sosial şəbəkə aslılığı ilə bağlı ciddi tədqiqat aparılmalıdır. “Məktəbli dostu” layihəsi nə qədər uzun olsa, deməli biz həmin müddətdə məktəbi islah etməmişik ki, məktəblinin dostuna ehtiyacımız var. Arzumuz odur ki, məktəblinin dostuna ehtiyacımız olmasın. Amma proqnozlara əsasən onlara uzun müddət ehtiyac olacaq”,- deyə E.Əmrullayev bildirib.

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
34
bizim.media

10Sources