EN

İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

2016-cı ildən bu günə qədər “Məktəblinin dostu” layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib.

525.az xəbər verir ki, bunu “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev layihənin tətbiqinə dair keçirilən dəyirmi masada söyləyib. O bildirib ki, layihə çərçivəsində 2 min 586 dəfə təcili tibbi yardım çağırılıb: “Layihə fəaliyyətə başladığı gündən məktəblərdə 22 dəfə yanğının qarşısı alınıb. Həmçinin iki mindən çox uşağa psixoloji yardım göstərilib. 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib”.

Rüstəm Ağayev qeyd edib ki, “Məktəblinin dostu” layihəsi direktora, məktəb heyətinə bir dəstəkdir.

Sevinc Qarayeva 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
1
525.az

3Sources