Zəngilanda silah-sursat aşkarlanıb
Zəngilanda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı 1 avtomat, 2 daraq və 43 patron aşkar edilib.
Araşdırma aparılır.