EN

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sumqayıt” – “Zirə” oyununun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilib.

“Sumqayıt” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

“Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib.

“Qəbələ” – “Turan Tovuz” oyununun fasiləsində “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Qəbələ” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Qəbələ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.

“Səbail” – “Kəpəz” oyununun 90+3-cü dəqiqəsində “Səbail” klubunun 4 nömrəli futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Səbail” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.

Chosen
114
8
Sources
Comment ()
Close