EN

Qvardiola məğlubiyyəti şərh etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real"a məğlubiyyəti (1:1, pen. - 3:4) şərh edib.

Futbolpress.az xəbər verir ki, o, "Real"ın penaltilər seriyasında daha yaxşı olduğunu deyib:

"Qələbə qazanmaq istəyirdik, olmadı. "Real" təbrik edirəm. Əlimizdən gələni etdik, bütün aspektlərdə yaxşı oynadıq. Təəssüf ki, qələbə qazana bilmədik. Futbolda əsas olan qol vurmaqdır. Penaltilər seriyasında bizdən daha yaxşı çıxış etdilər. Onlar yarımfinaldadır, biz yox. Hər şeyi xırda detallar həll edir. Bəzən penaltilərdə qalib gəlirsən, bəzən isə yox”.

"Real" yarımfinalda "Bavariya" ilə qarşılaşacaq.
Chosen
124
Sources
Comment ()
Close