EN

Məhkəmə qohumunun üzünə kükürd turşusu tökənlə bağlı qərar çıxardı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Laura Babayevanın barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, onun barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib və cinayət işi apellyasiya instansiyası məhkəməsinə yenidən göndərilib.

İttihama görə, hadisə 2 iyul 2016-cı il tarixdə, saat 11:30-da Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Laura Babayeva qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı şəxslə münasibətlərinin pozulmasına qohumu olan qadın, zərərçəkmiş İ.İ.-ni (şərti) günahlandırıb. Laura qadının onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayması qənaətinə gəlib - guya Laura başqa kişilərlə münasibət saxlayaraq ərinə xəyanət edirmiş. Laura İ.İ.-dən qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib. O, zərərçəkmiş şəxsin yaşadığı ünvana gələrək mənzilin giriş qapısını öz açarı ilə açıb içəri daxil olub. Həmin vaxtı hamam otağından dəhlizə çıxan qohumuna yaxınlaşaraq - “Sən hələ sağsan? Sən elə bilirsən ki, hələ yaşayacaqsan?” - deyib, özü ilə gətirdiyi “Vertimek” etiketli birlitrlik polimer balonda olan kükürd turşusunu İ.İ.-nin üzərinə töküb.

İstintaqın gəldiyi nəticəyə görə, Laura zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laura Babayeva Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib, hökmü dəyişib. Belə ki, məhkumun əməli CM-in 29, 120.2.4-cü maddəsindən CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və qadının cəzası üç ilə endirilib. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə protesti təmin etməyib. Daha sonra qərarından zərərçəkmiş şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Chosen
143
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21626
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19406
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17766
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17116
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16959
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16178
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15610
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12121
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9634
"Zaur, yenə çaşdın..." - VİDEO
8885
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8600
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8059
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7606
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6448
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807