EN

Rusları Qarabağdan çıxaran səbəb: Müzakirə qızışdı – “Yəqin Kremllə Bakı...”

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə diqqət çəkib:

“Rusiya daxil olduğu məkanı tərk etmir” tezisi Azərbaycan nümunəsində ortadan qaldırıldıqdan sonra yeni tezis gündəmə gətirilib: “Rusiya hərbçilərinin Qarabağı vaxtından əvvəl tərk etməsi Bakının Kreml qarşısında hansısa şifahi öhdəliyi sayəsində mümkün olub”.

“Şifahi öhdəlik” kimi Rusiyanın istəyi ilə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olacağı göstərilir. Rəsmi Bakının bu təşkilata üzv olmasının şərti bəllidir: Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Bu saziş imzalanandan sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müzakirə oluna bilər. Ermənistan xaric, bu təşkilatdakı üzv dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və hər biri ilə sıx iqtisadi əlaqələri var.

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü isə mümkün deyil. Azərbaycan hərbi bloklara qoşulmur və bu səbəbdən Qoşulmayanlar Hərəkatının üzvü olub. Bu məntiqi Kreml də qəbul edib”.

Elxan Şahinoğlu onu da qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başlaması radikal müxalifətlə mübarizədə Ermənistan Baş naziri Nikol Paşinyanın əlini gücləndirəcək:

“Radikal müxalifət Paşinyanın Rusiyanın ziddinə ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmasını tənqid edir, bunun Ermənistan üçün faydalı olmayacağını bildirirlər. Radikal müxalifət Ermənistanın İkinci Qarabağ Müharibəsində məğlubiyyəti və Qarabağda separatizmə son qoyulmasına rəğmən, İrəvanın Kremllə ittifaqdan uzaqlaşmasının əleyhinədir. Rusiya Qarabağı tərk etməyə başladıqdan sonra isə Paşinyan deyəcək ki, “Rusiya ermənilərin təhlükəsizlik təminatçısı rolundan birdəfəlik imtina edib”.

Bu durum Paşinyanın Azərbaycanla məsələlərin həllinə həvəsləndirməlidir. Rusiya Cənubi Qafqazdan tədricən gedir, ABŞ və Avropa İttifaqı isə Ermənistana görə Azərbaycanla və Türkiyə ilə qarşıdurmaya getməyəcək. Bunu Paşinyan da anlamamış deyil, Ermənistanın yeganə alternativi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
58
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21581
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19406
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18314
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17764
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17101
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16948
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16163
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15602
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12109
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9621
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8592
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8051
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7604
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6448
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807