EN

“Azərbaycan apardığı siyasətlə sülhməramlı kontingentin əməliyyat modelini daraltmış oldu” - Politoloq

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Mövzu ilə bağlı Herbiand.az-a danışan politoloq Səyyad Məmmədov bildirib ki, 2020-ci il 44 günlük zəfər tariximizdən sonra üçtərəfli bəyanatla Rusiya regionda təhlükəsizliyi təmin etmək üçün Qarabağda öz sülhməramlı kontingentini yerləşdirmişdi:

“Sülhməramlı kontingent heç bir gizli statusa və ya işğalçı niyyət daşımasa da, mandatında sülhün qorunması nəzərdə tutulsa da fəaliyyətləri humanitar problemlərdən tutmuş infrastruktur layihələrinədək geniş sahəni əhatə edirdi. Bir tərəfdən isə sülhməramlıların burada qalması regiondakı mövcud gərginliyi qoruyub saxlamaq və öz statuslarını uzatmağa hesablanmışdı. Kreml heç cur Qarabağı tərk etmək istəmirdi. Həmçinin, Qarabağdakı erməni vətəndaşların təhlükəsizliyini bəhanə edərək qalmaq istəyirdilər. Lakin Azərbaycan prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdı ki, ermənilər yalnız Azərbaycan vətəndaşı kimi burada qala bilərlər. Ancaq 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı qurum təslim oldu, bölgədəki erməni əhalinin qalan hissəsinin əksəriyyəti isə öz arzusu ilə Ermənistana köçdü”.

Səyyad Məmmədovun sözlərinə görə, Azərbaycan dövləti apardığı siyasətlə artıq sülhməramlı kontingentin əməliyyat modelini daraltmış oldu və onların artıq kiminsə təhlükəsizlik təminatı verdiyi regionda bir işləri qalmadı:

“Düzdür, rəsmi Kreml hər vəclə sülhməramlıların qalmasını istəsə də, yeni alternativlər axtarsa da ermənilərin Qarabağı tərk etməsi və antiterror əməliyyatı sülhməramlıların burada qalmaq üçün istək yolunu tam daraldıb boğdu. Artıq zamanın yetişdiyini dövlətimizin və Rusiyanın yüksək qurumdakı dövlət məmurlarının qarşılıqlı razılaşması ilə buradaki birliklərin tam şəkildə Qarabağı tərk etmək qərarını aldılar. Bir sıra xarici politoloqlar sülhməramlılar gələndə artıq onların buranı tərk etməyəcəklərini desələr də Azərbaycan həm dostluq münasibətlərinin qorunub saxlanılması, həm də qoşunların çıxarılmasına nail oldu. Bu isə tamamilə öz suveren haqlarımızın bərpa olunması və Azərbaycanın artıq regionda postmüharibə dövründə yeni reallıqlar yarada bilməsi deməkdir”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
74
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21524
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19390
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18306
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17748
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17063
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16892
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16151
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15594
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12082
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9558
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8559
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8043
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7581
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7221
Minimum əmək haqqı nə qədər arta bilər?
7116
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6444
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799