EN

Xorvatiyada seçki: Hakim partiya qalib gəldi, amma hakimiyyət əldən getdi

Xorvatiyada keçirilən parlament seçkilərinin ilk qeyri-rəsmi nəticələrinə görə, hakim partiya olan Xorvatiya Demokratik İttifaqı (HDZ) seçkilərdə qalib gəlsə də, hakimiyyəti itirib.

Publika.az xəbər verir ki, Dövlət Seçki Komissiyasının (DİP) dərc etdiyi məlumatlara görə, səslərin təxminən 95 faizi hesablanıb. Baş nazir Andrey Plenkoviçin rəhbərlik etdiyi Xorvatiya Demokratik İttifaqının (HDZ) səs payı təxminən yüzdə 35 olub. Bu nəticələrə görə HDZ və onun koalisiya tərəfdaşları parlamentdə 60 yer qazanacaq.

Prezident Zoran Milanoviçin dəstəklədiyi müxalif Sosial Demokrat Partiyasının (SDP) rəhbərlik etdiyi Ədalət Çayı Koalisiyasının səs nisbəti təxminən 26 faiz təşkil edib.

Seçkilərdə üçüncü yeri tutan və parlamentdə 14 mandata sahib olacağı gözlənilən Vətən Hərəkatı (DP) seçkilərdən sonra həm HDZ, həm də SDP ilə görüşəcəklərini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
Sources
Comment ()
Close