EN

Paşinyan ermənilərə: “İstəyirəm deyəsiniz ki, nə yaxşı Azərbaycan yaxındadır”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Son 30 ildə regionda xaos şəraitində yaşayırıq və buna son qoymağın, təkcə ölkəmizdə deyil, həm də bölgədə qanunun aliliyini bərqərar etməyin vaxtı çatıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd yaşayış məntəqələrinin sakinləri ilə görüşündə deyib.

“Fikrimiz ondan ibarətdir ki, “vay, Azərbaycan 50 metr aralıdadır” deməyəsiniz, deyəsiniz ki, vay, nə yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, biz orada ticarət edəcəyik, orada iqtisadiyyat quracağıq. Daha bir keçid məntəqəsi tikə bilərikmi, maşınlar gəlib getsin, Ermənistan Respublikasına pul ödənilsin... İndi məndən soruşa bilərsiniz ki, bunun olacağına 100 faiz zəmanət verirsən? 100 faiz təminat vermirəm, amma bilirəm ki, addım-addım gedəcəyik, 90 faiz və daha da çox olacaq”, - Paşinyan bildirib.

Baş nazir əmin edib ki, bu addımlar atılmasa, bölgədə yeni partlayış olacağı qaçılmazdır:

“Haqq var, qanun var, xətt var, gedirik, o xətdə dayanırıq. Bu xətt üzərində dayanmaqla bugünkündən 100 dəfə güclü olacağıq. Söhbət bəxşiş verməkdən getmir, Ermənistan Respublikasını bir dövlət kimi 100 dəfə gücləndirməkdən gedir”.

Paşinyan bu il ikinci dəfədir Tavuşun sərhəd icmalarına gedir. Görüşlərin əsas mövzusu Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
51
Sources
Comment ()
Close

Rating

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1357
Azərbaycanda bu məhsul bahalaşdı
1257
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1166
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1017
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1015
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1006
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
992
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
986
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
973
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
922
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
895
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
836
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
790
Helikopter qəzası ilə bağlı yeni xəbər
771
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
747
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
743
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
733
Həlak olan şəxslər sabah dəfn olunacaq
730
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
683
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
666