Bakıda sərnişin avtobusunun iştirakı ilə dünən qəza baş verib.
Avtosfer.az bu barədə baku.ws-ə istinadən xəbər verir.
Hadisə Xəzər rayonunda, Əhmədli qəsəbəsində Heydər Əliyev parkının yaxınlığında qeydə alınıb.
Belə ki, 21 nömrəli marşrut xətti ilə hərəkət edən "Baku Bus" avtobusu BMW markalı avtomobillə toqquşub.