EN

Bakıda yük maşını aşdı, yolda sıxlıq var - FOTO-YENİLƏNİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

18.04.2024-cü il tarixində saat 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, "Lukoil" yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

 

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

 

Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

 

***

 

08:39

 

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məsçidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

Chosen
36
27
Sources
Comment ()
Close