Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdən sonra İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar. Məhdudiyyətlərin əksəriyyəti dron və raketlərin istehsalı ilə əlaqəlidir.
Aİ liderlərinin birgə bəyanatında bildirilib:
“Avropa İttifaqı İrana qarşı, xüsusilə dron və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər görəcək. Avropa İttifaqı regionda gərginliyin azaldılması və təhlükəsizliyin təşviqinə tam sadiqdir".
Cavid