EN

“Ermənistan sərhədin delimitasiyasından əvvəl növbədənkənar seçki keçirməyəcək” - Paşinyan

“Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin delimitasiyası prosesi başlamazdan əvvəl növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmır”.

Bizim.Media xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşündə deyib.

“Bunun lazım olduğunu düşünmürəm. Etdiyimiz hər şey qlobal geosiyasi dəyişikliklərə reaksiyamızdır. İndi Ukrayna ilə Rusiya arasında müharibə gedir. Ola bilər ki, biz seçki keçirək və başqa ölkələr arasında müharibə başlaya, bu da vəziyyətimizə konkret təsir göstərəcək”, – deyə Paşinyan qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
123
Sources
Comment ()
Close