Çerniqov vilayəti Hərbi administrasiyasından "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, şəhərin mərkəzinə yaxın enerji stansiyalarına edilən hücum cəhdi ətrafdakı mülki obyektlərin dağılması ilə nəticələnib. Axşam saatlarına qədər son məlumata görə, 16 nəfər mülki, 1 nəfər polis xanım həlak olub, 60 nəfər isə yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi İlya Elaş "Report"a kütləvi hücumlar ilə bağlı bildirib ki, səhər saatlarında hücum geniş olub: "Düşmən Rusiya ərazisindən Ukraynanın Çerniqov şəhərinə hücum edib. Çerniqov Rusiya ilə sərhədə yaxın ərazidə yerləşir. Mülki infrastruktur obyektlərindən birinə raketlərlə zərbələr endirilib. Hazırda həmin raketlərin növləri müəyyənləşdirilir".
Rəsmi əlavə edib ki, belə hücumların qarşısının alınması ilə bağlı çətinlik ondan ibarətdir ki, bu raketlərin buraxıldığı yer Ukrayna ərazisinə çox yaxındır: "Bundan əlavə, biz daim hava məkanında düşmənin döyüş təyyarələrini, onların Ukrayna ilə sərhədləri yaxınlığında fəaliyyətini aşkar edirik. Buraya SU-34, SU-35 döyüş təyyarələri daxildir. Bunlar Zaporojye, Xarkov kimi cəbhəyanı şəhərlərin, həmçinin Donetsk vilayətinin şəhərlərinin bombalanmasında istifadə olunur. Ümumiyyətlə, Hərbi Hava Qüvvələri daim hava məkanına nəzarət edir və malik olduqları qüvvə və vasitələrlə onlara verilən tapşırığı yerinə yetirir".
Qeyd edək, səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin isə Krımın Canköy ərazisində yerləşən Rusiya hərbi bazasına ağır zərbələr endirib, tələfat var.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
sonxeber.netRusiya ordusu bu şəhəri də ələ keçirdi ( 6362119)
-
milli.azRusiya ordusu bu şəhəri də ələ keçirdi ( 6361771)
-
publika.azRusiya ordusu daha bir şəhəri ƏLƏ KEÇİRDİ ( 6361663)
-
buta.tvRusiya Ukraynanın bu şəhərinə daxil oldu ( 6361501)
-
axar.azRusiya Ukraynanın bu şəhərinə daxil oldu ( 6361369)
-
operativmedia.azKemeron: Rusiya ordusunun Xarkov vilayətində irəliləməsindən ehtiyat edirik ( 6348586)
-
azadmedia.azBir gündə Ukraynanın 6 yaşayış məntəqəsi nəzarətə götürüldü - » AzadMedia.az ( 6330187)
-
azadmedia.azBir gündə Ukraynanın 6 yaşayış məntəqəsi nəzarətə götürüldü - » AzadMedia.az ( 6330142)
-
nuhcixan.azRusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb ( 6329446)
-
nuhcixan.azRusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb ( 6329449)