EN

Türkiyə müxalifətinin lideri AŞPA-da Azərbaycanı dəstəklədi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özer Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı Azərbaycanı dəstəkləyib.Senzor.az-ın məlumatına görə, o bildirib ki, Azərbaycanla AŞPA arasında olan anlaşılmazlığın tezliklə aradan qaldırılması vacibdir.Özerin sözlərinə görə, hər iki tərəf bu müddət ərzində özü üçün lazımi nəticələri çıxarıb.CHP sədri həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini bərpa etməsi üçün mümkün olan bütün tədbirləri görməyə hazır olduqlarını dilə gətirib.Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək, növbəti bildirişə qədər qurumda qarşılıqlı fəaliyyətini və mövcudluğunu qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
3
senzor.az

4Sources