EN

Güləş üzrə ölkə çempionatı keçiriləcək

Aprelin 23-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, AGF ilə Gənclər və İdman Nazirliyinin ortaq təşkilatçılığıyla baş tutacaq yarış müvafiq yığma komandalara seçim xarakteri daşıyır. Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda təşkil ediləcək yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Görüşlər hər gün saat 10:00-da başlayacaq.

Yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
252
2
Sources
Comment ()
Close