Türkiyənin \"Beşiktaş\" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə \"Fulhem\"ində çıxış edən Kenni Tete ilə anlaşıb.
28 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanacaq. Niderlandlı oyunçu azad agent kimi \"Beşiktaş\"a keçəcək.
Qeyd edək ki, Kenni Tete 2020-ci ildən London klubunun formasını geyinir.