EN

Penaltiyə görə hakimi GÜNAHLANDIRDI: "Mənim üçün hər şey..." 

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalında PSJ ilə matçın baş hakiminin oyunda səhv etdiyini deyib.

 

Sfera.az bildirir ki, o, hakimin penaltini səhv qiymətləndirdiyini iddia edib:

 

“Oyunda penalti olmalı idi. Mənim üçün hər şey son dərəcə aydındır. Hakimin səhvi böyük rol oynadı”.

 

Xatırladaq ki, matçın 64-cü dəqiqəsində İlkay simulyasiyaya görə sarı vərəqə alıb. PSJ - "Barselona" matçı bir gün əvvəl, aprelin 16-da baş tutub. PSJ "Barselona"ya 4:1 (ümumi 6:4) hesabı ilə qalib gəlib.

 

Fatimə Lətif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
188
46
Sources
Comment ()
Close