EN

İnfrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ölkəmizdə dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf yüksələn xətlə davam edir

Azərbaycanda uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət, siyasi iradə əsas amil kimi diqqət çəkir. Dünya təcrübəsi göstərir ki, uğurlu islahatlar dövlət və hökumət başçılarının buna siyasi iradə nümayiş etdirdiyi ölkələrdə mümkündür. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, ölkəmizdə sosial-iqtisadi islahatların qarşısını heç bir qüvvə ala bilməz. İslahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”əaçıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, son illər ölkəmizin bütün bölgələrində quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Dövlət başçısının bölgələrimizə mütamadi səfərləri bir daha göstərir ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə həlli üçün konkret tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyev  cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində bu layihənin timsalında qeyd etdi ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən, suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilib. İlk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihədir.  Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.

İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək

Deputat diqqətə çatdırıb ki, dövlət başçısının qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər inkişafın göstəriciləridir. 
Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında yenidən qurulacaq Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır.  İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. 

Qarabağ və Şərqi Zəngəzurda böyük suvarma layihələrinin reallaşdırılması nəzərdə tutulur

Deputat əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri də nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi planlaşdırılır. Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Ölkəmizin iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş imkanlar yaradır. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, həmçinin, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Bu torpaqlarda soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin  bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır. Ən müasir texnologiyaların tətbiqi nəticəsində ərazilərimizdə  həm taxılçılıq, həm də  meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Cənab İlham Əliyev bildirdi ki, hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik. Ölkəmizdə dəqiq hədəflərə hesablanmış iqtisadi inkişafın uğurla davam etdirilməsi onu deməyə əsas verir ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə  böyük kömək göstərəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Chosen
75
Sources
Comment ()
Close

Rating

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
232
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
209
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
209
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
201
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
191
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
176
Azərbaycanda bu məhsul bahalaşdı
169
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
137
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
135
Helikopter qəzası ilə bağlı yeni xəbər
135
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
134
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
132
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
127
Həlak olan şəxslər sabah dəfn olunacaq
122
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
121
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
115
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
107
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
103
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
101
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
98