Millətlər Liqasında millimizin rəqibi olan Slovakiya yığması iki yoldaşlıq oyunu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Komanda Avro-2024-dən əvvəl - iyunun 5-də Avstriyada San Marinonu ilə, iyunun 9-da isə öz meydanında Uelslə qarşılaşacaq.
Qeyd edək ki, Slovakiya Millətlər Liqası çərçivəsində yığmamızla sentyabrın 8-də evdə, oktyabrın 14-də isə səfərdə üz-üzə gələcək.