İndoneziyanın şimalında Ruanq vulkanının püskürməsi ilə əlaqədar bölgələrdə 828 nəfərin təxliyəsi qərara alınıb.İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari püskürmə səbəbilə bölgədən 828 nəfərin təxliyə edildiyini və aprelin 29-na qədər fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.Muhari həmçinin bildirib ki, püskürmədən sonra ətrafa yayılan kül ətrafdakı rabitə şəbəkələrinə ziyan vurub.Vulkanın xəbərdarlıq səviyyəsinin 3-ə yüksəldildiyi barədə məlumatı paylaşan Muhari sakinlərə və turistlərə diqqətli olmalarını və vulkanın ətrafındakı 4 kilometrlik əraziyə girməməyi tövsiyə edib.