İsrailli girovların azad edilməsi və İsraillə Fələstinin Həmas hərəkatı arasında atəşkəs əldə edilməsinə dair danışıqlar demək olar ki, dondurulub.
Vətəninfo.az xəbər verir ki , bu barədə Amerikanın NBC News telekanalı danışıqlardan xəbəri olan diplomata istinadən məlumat yayıb.
“Hazırda atəşkəs və HƏMAS hərəkatı tərəfindən israilli girovların azad edilməsi ilə bağlı danışıqlar demək olar ki, dondurulub”, – telekanal bildirib.
Qeyd olunur ki, İsrail və İran arasında yaranmış gərginlik səbəbindən danışıqlar dalana dirənib.