EN

Mobil telefonun öz-özünÉ™ yanması nÉ™ticÉ™sindÉ™ yanğın BAÅž VERDÄ° – Bir nÉ™fÉ™r ÖLDÃœ

Rusiyada yaşlı kişi mobil telefonunun öz-özünə yanması nəticəsində dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Regional İstintaq İdarəsi məlumat yayıb. Bildirilir ki, Permdə çoxmərtəbəli mənzildə cib telefonunun öz-özünə yanması nəticəsində yanğın baş verib.

Departamentin məlumatına görə, bazar ertəsi Raboçe-Krestyanskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində mobil telefonun öz-özünə yanması nəticəsində yanğın baş verib.

Hadisə zamanı evdə olan 72 yaşlı kişi xəsarət alıb və xəstəxanada dünyasını dəyişib.

“İlkin məlumatlara görə, mənzildə baş verən yanğına səbəb elektrik avadanlıqlarının nasazlığı (mobil telefonun öz-özünə yanması) olub.

Xuraman Etibarlı

Ä°nterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
interpress.az

1Sources