EN

Kəndlər təhvil verilməsə müharibə başlayacaq – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Əskipara kəndinə yola düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu Ermənistanın hökumət rəhbərinin adıçəkilən kənddə ikinci səfəridir.

Kənd sakinləri ilə əvvəlki görüşün əsas mövzusu Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi olub. Sakinlər bu qərara qarşı olduqlarını bildiriblər.

Paşinyan isə onlara deyib ki, kəndlər təhvil verilməsə müharibə başlayacaq. O, həmçinin son mətbuat konfransında kəndlərin Ermənistana aid olmadığını da bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
Sources
Comment ()
Close