EN

Şəhid övladlarının toyu bu şadlıq sarayında PULSUZ keçiriləcək

Ağstafada "İstanbul" şadlıq sarayının açılışı olub.

Musavat.com xəbər verir ki, restoranı tanınmış xeyriyyəçi və iş adamı Zaur Əhmədov açıb.

Açılışda şəhid ailələri və qazilər iştirak edib, ehsan süfrəsi açılıb, qurbanlar kəsilib.

İş adamı qeyd edib ki, şəhid övladlarının toy mərasimləri bu şadlıq sarayında pulsuz keçiriləcək.

Onu da bildirək ki, Zaur Əhmədov Türk dünyasına və ülküçü - milliyətçi xəttə bağlı iş adamlarından biridir.

Chosen
90
musavat.com

1Sources