EN

Paşinyan Qazaxla sərhədə GETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib.

 

Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, Paşinyan bu il ikinci dəfə Voskepara gedib.

 

Xatırladaq ki, sözügedən kəndin camaatı ilə əvvəlki görüş rahat keçməyib. İclasın mövzusu Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi olub. Kənd sakinləri buna öz narazılıqlarını bildiriblər. Paşinyan isə bildirib ki, bu kəndlər təhvil verilməlidir, əks halda müharibə başlayacaq. Nikol Paşinyan həmçinin, son mətbuat konfransında bu kəndlərin Ermənistana aid olmadığını bəyan edib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
24
sfera.az

10Sources