Builki “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb.
Bizim.Media xəbər verir ki, yarışmada iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 2009-cu ildə ölkəmizi sözügedən müsabiqəsə təmsil edən Aysel Adıgözəlzadə (Teymurzadə) elan edəcək.
Mayın 11-də İTV-nin efirində tamaşaçılar Ayseli izləyəcəklər.
Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. Azərbaycanı "Avroviziya-2024" mahnı müsabiqəsində "Özünlə apar" mahnısı ilə təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.
Rəşad Əliyev, Bizim.Media