EN

Balakəndə toyda dava düşüb, xəsarət alan var

Balakəndə toyda dava düşüb, xəsarət alan var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən şəhərində keçirilən toyda 34 yaşli Azər Yaşar oglu Abdullayevlə, Balakən rayon sakinləri - 25 yaşli Soltan Cindarov, onun həmyaşıdları Novruz Abdullayev və Elmmədin Piriyev arasında mubahisə yaranib. Mübahisə davaya çevrilib. Nəticədə Azər Piriyevə xəsarət yetirilib. A.Piriyev Balakən rayon mərkəzi xəstəxanasina yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertiza rəyindən və aparılan araşdırmadan sonra müvafiq qərar qəbul ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
11
Sources
Comment ()
Close