EN

Ermənistanın yeni səhiyyə naziri o OLA BİLƏR

Ermənistanın sabiq səhiyyə naziri Arsen Torosyan dostu Narek Manukyanı nazir postunda görmək istəyir.

 

Modern.az xəbər verir ki, “Joğovurd” qəzetinin məlumatına görə, Torosyan "yatmayıb".

 

O, dostu Narek Manukyanı nazir kürsüsünə “itələmək” üçün qurumda araşdırmaların sonunu gözləyir. Torosyan hökumətyönlü çevrələrdə Manukyanın təyinatı üçün dəstək toplayır, çünki uzun müddətdir hazırkı nazir Anahit Avanesyanla anlaşmır və onun istefasını gözləyir.

 

Manukyanın özü Torosyan nazir olanda Fanarcyan adına Onkoloji Mərkəzin direktoru təyin edilmişdi. Hazırda o, İrəvan Ağsaqqallar Şurasında hakim partiyanın fraksiyasının üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
229
50

1Sources

Comment ()
Close