EN

Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var

“Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzov yayda Azərbaycanı tərk edə bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə “metaratings.ru” saytı məlumat yayıb.

30 yaşlı hücumameyilli oyunçunun karyerasını ölkəsi Rusiyada davam etdirmək imkanı var. Çünki onunla Rusiya Premyer Liqasının bir neçə klubu maraqlanır. Mirzov özü də vətəninə dönməyə hazırdır. Onun “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna kimidir.

Yarımmüdafiəçi daha əvvəl Rusiyada “Spartak”, “Rostov”, “Ximki”, Moskva “Torpedo”su, “Axmat”, “Tosno” və Tula “Arsenal”ında çıxış edib.

Qeyd edək ki, Reziuan Mirzov cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
103
Sources
Comment ()
Close