EN

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Gürcü

Tbilisi, 16 aprel, AZƏRTAC

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gərginlik yenidən artmağa başlayıb. Ermənistan əldə olunan razılaşmaları tez-tez pozur, hətta silahdan istifadə edərək atəşkəsi pozur. Bu da regionda ciddi narahatlıq doğurur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib. Onun sözlərinə görə, ilk növbədə, elə görünür ki, Ermənistan rəhbərliyi Azərbaycan ilə sülh istəyir və bunu dəfələrlə vurğulayır. Hətta bunun üçün Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazırdır və Ermənistana yeni müharibə lazım deyil. Lakin diqqətlə baxdıqda burada başqa məqamların olduğu üzə çıxır. Rusiya Ermənistan üçün döyüşməyəcəyini göstərdi və Ermənistan üçün Fransa kimi yeni müttəfiq yarandı. Amma İrəvan başa düşmür ki, açıq müharibə olacağı təqdirdə Fransa köməyə gəlməyəcək. Fransa həm də Ukrayna müharibəsində iştirak edir. Belə olan halda Ermənistan təkbaşına Azərbaycan və Türkiyə ilə mübarizə aparmalı olacaq. Buradan məlum olur ki, onun heç bir şansı yoxdur. O zaman sual yaranır, erməni hərbçiləri niyə, hansı məqsədlə vəziyyəti gərginləşdirir?

“Bu suala cavab tapmaq üçün unutmayaq ki, erməni cəmiyyəti homogen deyil. Paşinyan əksəriyyətin dəstəyini alır, amma qisas almaq istəyənlərin sayı da az deyil. Onilliklər boyu Ermənistanda yalnız sərvətlərini artıraraq millətçi əhvali-ruhiyyə ilə hakimiyyəti saxlayan insanlar idarə edirdi. Onların hələ də orduda və təhlükəsizlik xidməti orqanlarında mühüm nüfuzlu əlaqələri var. Onu da xatırlamaq lazımdır ki, Rusiyanın Ermənistanda, ilk növbədə, eyni güc strukturlarında böyük casus şəbəkəsi var. Ona görə də heç kim indi Paşinyana paxıllıq etməyəcək. Amma insaf naminə demək lazımdır ki, işlərin bu cür dönüşündə ikili-üçlü oyunları ilə onun özü də günahkardır.

Belə olan halda isə unutmamalıyıq ki, vəziyyəti gərginləşdirmək cəhdləri hələ də dəfələrlə olacaq. Ümid edirəm ki, Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır.

 

Chosen
116
50
Sources
Comment ()
Close

Rating

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26949
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26458
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18146
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17542
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14449
Sabah 20 dərəcə isti olacaq
9743
May ayında Azərbaycana qar yağdı - VİDEO
8847
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8734
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8620
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8498
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7318
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7159
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6964
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6935
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6617
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6500
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6455
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6051
Azərbaycan nefti ucuzlaşıb
6034
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5877