EN

Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb

Rusiyanın paytaxı Moskvada yerləşən Qırmızı Meydan mayın 9-da baş tutacaq Qələbə Paradına hazırlıqla əlaqədar ziyarətçilər üçün bağlanıb.

“Report” xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Simonov bildirib.

Qeyd edək ki, teleqram kanallarında polisin meydanı boşaltması, meqafonlarla “Qırmızı Meydan bağlıdır, hamı çıxışa getsin!” deyə səslənmələri haqda məlumatlar paylaşılmışdı.

Chosen
63
15
Sources
Comment ()
Close