EN

Pərviz Şahbazov: “Azərbaycanda bərpa olunan enerji potensialı 2030-cu ilədək 4 dəfə arta bilər”

Azərbaycanda bərpa olunan enerji potensialı 2030-cu ilədək 4 dəfə arta bilər.

Bunu nazir Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası çərçivəsində “100% Bərpa Olunan Enerji Sisteminə doğru Təkanın Yaradılması” mövzusunda keçirilən Yüksək Səviyyəli Dövlət-Özəl Dialoqu tədbirində çıxış zamanı bildirib.

Çıxışda fossil yanacaqlardan ədalətli keçidlə bağlı BƏƏ-də əldə olunmuş konsensus və 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması üzrə razılaşma 100% bərpa olunan enerji sisteminə doğru mühüm addım kimi dəyərləndirilib. Hamı üçün əlçatan, təhlükəsiz və dayanıqlı enerjini, eyni zamanda ekoloji təhlükəsizliyi bərpa olunan mənbələr hesabına təmin etmək səviyyəsinin öhdəliklərin və qarşıya qoyulan məqsədlərin icrasından asılı olacağı qeyd edilib.

Bildirilib ki, COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və ondan sonrakı dövrdə “yaşıl enerji”, iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir.

Energetika naziri deyib ki, daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə “yaşıl enerji” planlarımızın 2027-ci ilədək olan birinci mərhələsində 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox “yaşıl enerji” güclərinin reallaşdırılmasını hədəfləyirik. “Bu, bərpa olunan enerji potensialının Azərbaycan vasitəsilə təxminən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımını vəd edir. Ölkəmizdə elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 % çox və 3 il tez olmaqla 33 %-ə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpa olunan enerji potensialının artırılmasının mənbələrindən olacaq”.

Chosen
54
29
Sources
Comment ()
Close

Rating

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17593
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
14377
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12584
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7747
May ayında Azərbaycana qar yağdı - VİDEO
7524
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6887
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6826
Sabah 20 dərəcə isti olacaq
5975
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5658
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5642
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5493
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5470
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5391
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5163
Bu yol qovşağında təmir işləri aparılacaq
5155
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4642
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4537
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4497
Azərbaycan nefti ucuzlaşıb
4328
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4242