EN

Zelenskidən GÜNÜN hadisə kimi AÇIQLAMASI: Geri çəkilməyə MƏCBURUQ! Qabil Hüseynli ilə CANLI

Rusiyanın hücumlarına tab gətirmək üçün yetərincə silah-sursatımız yoxdur. Buna görə də qarşı tərəf bizi hər gün daha da geri çəkilməyə məcbur edəcək. Musavat.com bildirir ki, bunu ABŞ-nin PBS telekanalına Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O, həmçinin ölkəsinin danışıqlara hazır olduğunu deyib.

Bildirib ki, onların müzakirələr aparacağı tərəf Rusiya olmayacaq. Çünki rəsmi Moskva bundan dəfələrlə imtina edib: “Onların bəyanatları, eləcə də kəşfiyyat məlumatları bunu deməyə əsas verir. Biz başa düşürük ki, Rusiya Prezidenti Vladimir Putin bizimlə danışıqlar masasına oturmağa hazır deyil. Çünki Putin üçün istənilən danışıq qələbə anlamına gəlmir”.
Ukrayna lideri əlavə edib ki, hazırda ordunun nəzarətindəki ərazilərin effektiv müdafiəsi üçün ordu Rusiya silahlı qüvvələrinin hərbi təchizat səviyyəsinə çatdırılmalıdır. "Bu o deməkdir ki, məsələn Rusiya tərəfinin 10 ədəd gülləsi varsa, bizdə də eyni sayda mərmi olmalıdır.

Daha sonra irəliləmək üçün daha müasir silahlara ehtiyacımız var. Söhbət həm də hava məkanının qorunması məqsədilə istifadə olunan sistemlərdən gedir. Hərbçilərin irəliləməsi üçün uçuşlara qoyduğumuz məhdudiyyəti rahatlıqla aradan qaldıra bilməliyik”.

V. Zelenski əlavə edib ki, avropalı tərəfdaşların dəstəyi dayandırması Ukraynanın məğlubiyyəti deməkdir: “Hazırda artilleriya mərmiləri arasındakı fərq belədir: Tutaq ki, bizim 1 mərmimiz varsa, Rusiyada bu say 10 ədəddir. Bu cür fərqlə qarşı tərəfin hücumlarına davam gətirmək mümkündürmü?

Biz Qərbdən 500 qırıcı istəmirik. Yeri gəlmişkən, Rusiyanın malik olduğu qırıcılardan sadəcə 300 ədədi Ukrayna ərazisində istifadə olunur. Biz sabahı düşünməli olsaq da, növbəti ilin hadisələrindən hər kəs xəbərsizdir. Ölkəmizə hansı formada dəstək veriləcəyindən xəbərsizik”, V. Zelenski belə deyib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə son hadisələri dəyərləndirir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

 

Chosen
39
Sources
Comment ()
Close

Rating

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17543
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12499
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7720
May ayında Azərbaycana qar yağdı - VİDEO
7419
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6871
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6798
Sabah 20 dərəcə isti olacaq
5588
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5539
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5420
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5399
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5382
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5247
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5135
Bu yol qovşağında təmir işləri aparılacaq
5127
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
4835
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4488
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4447
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4445
Azərbaycan nefti ucuzlaşıb
4267
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4115