Kəşmirdə Jelum çayında qayığın batması nəticəsində azı 4 nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, Srinagar şəhərinin kənarındakı Jelum çayında qayığın batması nəticəsində 4 nəfər həlak olub və bir çox insan itkin düşüb.
Qeyd edək ki, son bir neçə gün ərzində bölgəyə yağan güclü yağışlar çayda suyun səviyyəsinin artmasına səbəb olub.
apa