EN

Xəzər dənizindən Aİ-yə qədər “yaşıl enerji” dəhlizinin yaradılması planlaşdırılır-Nazir

Xəzər dənizindən Avropa İttifaqına (Aİ) qədər “yaşıl enerji” dəhlizinin yaradılması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən II Yaşıl Hidrogen Sammitində çıxışı zamanı deyib.

“Hazırda biz Xəzər dənizindən Avropa İttifaqına “yaşıl enerji” dəhlizi yaratmağı planlaşdırırıq. Eyni zamanda, bizi Mərkəzi Asiya ölkələri ilə birləşdirən daha bir mühüm layihəmiz var. Özbəkistan, Qazaxıstan və Azərbaycan daha bir “yaşıl enerji” dəhlizi yaratmaq üçün birləşiblər. Bu layihənin mühüm komponentlərindən biri isə “yaşıl hidrogen”dir”, - o bildirib.

Nazirin sözlərinə görə, hidrogenin bərpa olunan enerjiyə tam keçiddə vacib amilə çevrilməsini təmin etmək üçün hələ çox iş görülməlidir:

“Ölkəmizdə hidrogen enerjisi sahəsinin inkişaf etdirmək məqsədilə gördüyümüz işlərdən də başa düşürük ki, bu sahədə konkret milli strategiyalara ehtiyacımız var. Üstəlik, qanunvericilik bazası, tənzimləmə baxımından dəstək lazımdır və təbii ki, bu sahədə böyük investisiyalara ehtiyacımız var. O da aydındır ki, rəqabətqabiliyyətli istehsala, həmçinin hasilat, saxlama və daşınma üçün böyük infrastruktur lazımdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
290
16
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22986
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14431
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14125
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11361
Helikopterin qalıqları tapılıb
9016
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7998
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6997
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4804
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4235
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4092
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3841
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3549
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2079
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1618
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1607
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355