EN

Naxçıvanda ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edilib

Naxçıvanda ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kadr korpusunun şəffaf üsullarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik gənc mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Nazirlikdən “Report”un yerli bürosuna verilən məlumata görə, Azərbaycan Prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün nazirlik növbəti müsabiqə elan edir.

Müsabiqəyə çıxarılan vakant vəzifələr yerli icra və probasiya qurumlarındadır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən, ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər nazirliyin “njustice.gov.az” saytının “qulluğa qəbul” bölməsində yerləşdirilən ərizə formasını doldurmaqla nazirliyin elektron ünvanına göndərə və ya şəxsən müraciət etməklə həyata keçirə bilərlər. Sənəd qəbulu 22 aprel 2024-cü il tarixdən 22 may 2024-ci il tarixədək aparılacaq.

Müsabiqənin birinci mərhələsi-test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbət mərhələsinə buraxılacaqlar.

Chosen
42
4
Sources
Comment ()
Close

Rating

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27114
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26542
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18149
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17900
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14480
Sabah 20 dərəcə isti olacaq
9799
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8935
May ayında Azərbaycana qar yağdı - VİDEO
8911
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8674
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8524
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7333
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7161
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6974
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6634
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6541
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6493
Azərbaycan nefti ucuzlaşıb
6106
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6081
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5891