EN

İranın nüvə proqramı ilə bağlı XƏBƏRDARLIQ - Son dərəcə diqqətli olmalıyıq...

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İranın nüvə proqramının mövcudluğu barədə məlumatı yoxdur.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu agentliyin baş direktoru Rafael Qrossi bildirib.

Onun sözlərinə görə, AEBA ekspertləri Tehrandakı tərəfdaşlarına xəbərdarlıq ediblər ki, zənginləşdirilmiş uran ehtiyatlarının miqyası texniki cəhətdən silah dərəcəsi ilə eynidir.

"Uranın çox yüksək səviyyədə toplanması avtomatik olaraq sizin nüvə silahınızın olması demək deyil. Bu cür bəyanatlar verərkən son dərəcə diqqətli olmalıyıq. Bizdə İranın nüvə proqramının olması ilə bağlı heç bir məlumat yoxdur", - deyə Qrossi jurnalistlərə bildirib.

2023-cü ilin noyabrında "Reuters" xəbər vermişdi ki, uranın daha da zənginləşdirilməsi ilə İran üç atom bombası yarada biləcək. Həmin vaxt ölkədə 128,3 kq 60%-ə qədər zənginləşdirilmiş uran var idi.

Məlumata görə, İran yeganə ölkədir ki, nüvə silahı istehsal etmədən uranı bu qədər yüksək səviyyədə zənginləşdirib. Bu arada AEBA İranın bəzi agentlik müfəttişlərinin öz obyektlərinə girişini məhdudlaşdırmasından narahatlığını ifadə edib.

Qeyd edək ki, 2015-ci ildə Çin, Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya İranın nüvə proqramı ilə bağlı böhranı həll etmək məqsədi ilə İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalayıb. Şərtlərə əsasən, AEBA 20 il müddətinə ölkədəki bütün nüvə obyektlərinə giriş əldə edib. 2018-ci ildə ABŞ-ın proqramdan çıxmasından sonra Tehran saziş üzrə bəzi öhdəliklərindən imtina edib.

Musavat.com

Chosen
45
Sources
Comment ()
Close

Rating

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26095
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26072
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18110
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
15873
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14315
Sabah 20 dərəcə isti olacaq
9518
May ayında Azərbaycana qar yağdı - VİDEO
8715
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8453
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8443
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7492
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7150
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7124
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6806
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6455
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6412
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6356
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5973
Azərbaycan nefti ucuzlaşıb
5870
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5771