Azərbaycanda kimlər daha çox əmək haqqı alır? – Siyahı
2024-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 946,8 manat təşkil edib. Yeniavaz.comxəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı sonuncu məlumatda deyilir. Qeyd olunur ki, əmək haqqı neft-qaz sektorunda 3438,3 manat, qeyri neft-qaz sektorunda 899,7 manat təşkil edib. “Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 901,8 manat, özəl müəssisələrdə isə 996,5 manat olmuşdur”, - məlumatda deyilir. 2024-cü ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat) isə aşağıdakı kimi olub: