EN

Makron Ukraynada atəşkəs elan etmək istəyir: Tarixi açıqladı

Fransa Prezidenti Emmanuel Makron Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı bütün münaqişələrdə atəşkəsə nail olmaq istəyir.

O, bu barədə BFMTV kanalının efirində bəyanat verib.

“Biz Olimpiya barışığı üzərində işləyəcəyik”, - deyə Makron vurğulayıb.

O əlavə edib ki, bu məsələyə digər ölkələri, xüsusən də Çini cəlb etməyə hazırdır.

“Bir neçə həftədən sonra Parisə Çin Prezidenti Si Cinpin gələcək, ondan bu işdə mənə kömək etməsini xahiş edəcəyəm. Söhbət, əsasən, Fələstin-İsrail münaqişəsi və Ukrayna böhranı barədə olacaq”, - deyə Makron qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarının Parisdəki Olimpiada zamanı Ukrayna ilə barışıq bağlamaq təklifinə reaksiya verib. O bildirib ki, Moskva istənilən məsələni nəzərdən keçirməyə hazırdır, lakin öz maraqlarından və müharibə zonasındakı vəziyyətdən çıxış edərək hərəkət edəcək.

Putin, həmçinin, qeyd edib ki, beynəlxalq rəsmilər Olimpiya hərəkatının bütün mənasını alt-üst ediblər.

“Onlar özləri beynəlxalq idmanın əsaslarını sarsıdırlar, bu ayrı bir mövzudur”, - deyə Rusiya prezidenti əlavə edib.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Mənbə: “Rossiyskaya gazeta”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
201
44
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12539
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9334
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8757
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2538
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2202
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1968
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1849
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1664
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1247
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1086
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
783
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
549
Arda Gülər dayanmır, yenə fərqləndi -
514
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
445
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
434
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
426
Arda dubl etdi - VİDEO
413
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
403