EN

Makron və Si Cinpin olimpiada zamanı dünyada münaqişələrin dayandırılmasını müzakirə edəcəklər

Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, Çin prezidenti Si Cinpinlə bu yay Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Olimpiya atəşkəsi və dünyada münaqişələrin dayandırılması məsələlərini müzakirə edəcək. Makron qeyd edib ki, bu ideyanı həyata keçirmək üçün bütün səylərini əsirgəməyəcək. Onun sözlərinə görə, ona beynəlxalq tərəfdaşlar, o cümlədən tezliklə Parisə səfərə gələcək Çin lideri kömək edəcək.“2022-ci ildə Çinin ev sahibliyi etdiyi Qış Olimpiya Oyunları öncəsi də eyni vəzifə ilə üzləşmişdik. Bu həm də sülh üçün diplomatik bir an ola bilər” - deyə Makron əlavə edib.Fransa prezidenti həmçinin bildirib ki, təhlükəsizliklə bağlı təhdid yaranarsa, ehtiyat tədbiri olaraq 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi Trokadero və ya Stade de France ilə məhdudlaşdırıla bilər.Martın sonunda Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi ölkənin Daxili İşlər Nazirliyinə mümkün terror aktları ilə əlaqədar Olimpiya Oyunlarının açılış mərasimini keçirməkdən imtina etməyi tövsiyə edib.Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
198
14
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22960
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14419
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13989
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11359
Helikopterin qalıqları tapılıb
8926
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7980
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6983
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4772
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4105
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3835
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3545
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2073
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1617
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1562
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355