EN

Kanat yolunda dəhşətli qəza: kabinə yerə çırpıldı - Ölən və yaralananlar var

Türkiyənin Antalya vilayətinin Konyaaltı rayonunda Ramazan bayramı ilə əlaqədar sıxlıq müşahidə edilən "Tünektəpə Teleferik"də qəza baş verib.

Publika.az "Sondakika.com"a istinadən xəbər verir ki, kanat yolunda hərəkətdə olan kabinələrdən biri qırılaraq yerə düşüb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla, 7 nəfər yaralanıb.

Bölgəyə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib. Yaralılar təxliyə edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
137
14
publika.az

6Sources