EN

Xankəndidə yenə xeyli silah-sursat tapıldı

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
244
7
sportinfo.az

10Sources