EN

“Qarabağ”ın uğurunun səbəbi nədir? - Lunyov Rusiya mediasına danışdı

style='margin-bottom:10px;'>

"Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın tanınmış “İzvestiya” qəzetinə geniş müsahibə verib.

QOL.az xəbər verir ki, 32 yaşlı futbolçu Ağdam klubu ilə bağlı bir sıra suallara da cavab verib. O, Avroliqada gərgin qrafikdə oynamış komandasının bu mövsüm Premyer Liqanın bitməsinə 8 tur qalmış çempionluğu necə təmin etməsi barədə sualı cavablandırarkən deyib:

“Düşünürəm ki, bu, işə düzgün yanaşma ilə bağlıdır. O mənada ki, hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılıb. Sıx təqvimə və digər məsələlərə baxmayaraq… Bir çox rəqib buna hazır deyildi. Bu məsələ məşqçilər korpusunun düzgün sözləri, motivasiyası, kadrların rotasiyası baxımından səriştəli yanaşma da öz təsirini göstərdi”.

Lunyov həmçinin komandasının həkimlərinin fəaliyyətini də vurğulayıb:
“Həkim heyətinin məşqçilərlə birgə əməyini qeyd etmək istərdim ki, onlar bizi bacarıqla hər matça optimal vəziyyətə saldılar. Əlbəttə, futbolçuların özlərinin peşəkarlığını, işə yanaşmasını da qeyd etməliyəm. Biz hər oyuna motivasiyalı, yalnız qələbə qazanmaq arzusu ilə çıxırdıq. Bütün bu amillər nəticəyə təsir etdi. Ola bilsin ki, bunda rəqiblərin rəqabət yaratmaq problemləri də rol oynayıb. Amma onların adından danışmaq çətindir. Çempionatın son səkkiz oyununda (müsahibə Premyer Liqanın 29-cu turundan əvvəl götürülüb - red.) mümkün qədər çox xal toplamalıyıq. Eləcə də qarşıda hələ Azərbaycan kubokunun təkrar yarımfinal matçı var. Mövsümü iki kubokla başa vurmaq əla olardı”.

O, komandasının Rusiyanın istənilən klubu ilə oynamaq gücündə olduğunu da deyib: “Qarabağ”ın bu mövsüm ən yaxşı oyunlarını, Avropa Liqasının pley-off matçlarını götürsək, o zaman düşünürəm ki, istənilən Rusiya Premyer Liqa klubu ilə asanlıqla oynaya bilərdik. O başqa sualdır ki, nəticə necə olardı. Amma bütün Rusiya klublarına qarşı əsl mübarizə aparardıq. Əgər oynadığımız futbola baxmısınızsa, başa düşəcəksiniz ki, bunu bacararıq”.

Lunyov yenidən TOP liqalarda oynamaq mövzusunun onun üçün bağlanmadığını deyib: “Ümid edirəm ki, belə bir fürsət yenə olacaq. Ancaq eyni zamanda, hər kəsin çox yaxşı bildiyi müəyyən nüanslar da var.  Üstəlik yaş məsələsi. Eyni zamanda, Avropa çempionatlarında statistik rəqəmlərə baxıb görmək olar ki, orada qapıçıların orta yaş həddi neçədir. Ona görə də hər şey məndən asılı olacaq. Yenidən buna cəhd etməyi düşünürəm və ya heç olmasa ümid edirəm. Özünü göstərməli, sübut etməlisən. Onda şans olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
209
29
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44457
Abdullahianın cəsədi tapıldı - FOTO
33097
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27548
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20174
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17871
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11787
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8216
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8179
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6980
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6966
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5379
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5070
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3973