EN

İran XİN-dən Brüssel görüşünə münasibət

İran Xarici İşlər Nazirliyi aprelin 5-də Brüsseldə keçirilmiş Avropa İttifaqı–ABŞ–Ermənistan üçtərəfli görüşünə münasibət bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Brüssel görüşü ilə bağlı sualı cavablandırarkən deyib ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.
Onun sözlərinə görə, sülh və sabitli­yin bərqərar olması üçün regional əmək­daşlıq vacibdir.
"Bu baxımdan regional formatların imkanlarından, o cümlədən "3+3" forma­tından istifadə etmək əhəmiyyətlidir. Bu xüsusda sülh və sabitliyi möhkəmləndir­mək və qarşılıqlı fayda əsasında əmək­daşlığı gücləndirmək lazımdır”, – sözçü qeyd edib.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
147
39
xalqqazeti.az

10Sources