EN

Britaniyanın xarici işlər naziri ABŞ-a

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ABŞ-a səfər edəcək.Metbuat.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyini məlumat yayıb. Bildirilib ki, Ceyms Kleverli aprelin 9-da ABŞ tərəfdaşlarını Ukraynaya əlavə maliyyə ayırmağa və Rusiya ilə münaqişədə qalib gəlmək üçün lazım olan alətləri verməyə çağırmaq üçün Vaşinqtona səfər edəcək.

Məlumata görə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Konqresdə əsas fiqurlarla görüşərək onları bu il Ukrayna ilə bağlı fikirlərini dəyişməyə və Amerika Konqresi tərəfindən razılaşdırılmalı olan əlavə 60 milyard dollar maliyyəni ayırmağa çağıracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
151
4
Sources
Comment ()
Close